Dəyirman
Qərib-qərib süzürsən yenə geniş səhranı,Ətalətlə hərlənən sən, ey su dəyirmanı!Çox zaman işlətmişəm əllərimlə çarxını,Qışda az görməmişəm o qupquru arxını.Sənin taleyin axan lilli suya bağlıdır.Mənim ömrüm sevincə, xoş arzuya bağlıdır.Sən ey yol üstündəki qərib su dəyirmanı,Ahu-naləylə keçdi əcdadımın dövranı!İndi başqadır insan, indi başqadır zaman,Sən ey yol üstündəki köhnə, qərib dəyirman.Yönəlir başqa səmtə maşınlar indi yüklə,İşləyir dəyirmanım çünki elektriklə.Gecələr də işıqlar bəzəyir otağımı,Ağaclarda lampalar nurlandırır bağımı.Yetər həmdəmim oldun, mehmanın oldum, yetər.Üstünə gələn izdə bundan belə ot bitər.Qəmlənmə sözlərimdən, mən qəsdinə durmaram,Qanadını sındırıb özünü uçurmaram;Yenə də əvvəlki tək istəyirsən dayan, dur!Quşlarla bərabər yat, quzularla oyan, dur!Günəş qoşun çəkəndə günorta otaqlara,Yatar sərin kölgədə heç olmasa mal-qara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-deyirman
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İştə bir tərbiyəli, aqil uşaq,İştə bir zirək, ayıq, kamil uşaq.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar