Dayanmışam çəməndə, yolunu gözləyirəm.Sevdiyim qız görəsən tezmi gələr, deyirəm?Ay baxır, tapşırmısan bəlkə nurunu saçsın,Sənsizliyi qovlayıb, mənim könlümü açsın.Darıxıram, bu zaman sərin-sərin meh əsir,Saçlarıma toxunur, o deyəsən tələsirMəni sakit etməyə,İndicə gələr, deyə.Bülbül ötür çəməndə, bəlkə sən göndərmisən?Ruhumu oxşamağa ona mahnı vermisən,Demisən öt budaqda.Ellər ki, heyranındır o dərədə, bu dağda.Bürüyür çiçəklərin ətri bütün çəməni,İstəyirlər, çox güman, bir az unudam səni.Ulduzlar da parlayır bir cüt qara gözün tək,Mənisə cəzb etməyir nə ay, nə meh, nə çiçək,Nə bülbülün ötməsi; yolunu gözləyirəm,Görəsən sevdiyim qız tezmi gələr, deyirəm?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе