Göyərçinim sevimli,Göyərçinim dümağdır.Göyərçinim fərəhləHələ çox uçacaqdır.

Dolanacaq göylərinAydın üfüqlərində;Süzəcəyəm onu mənƏməllər şəhərində.

Bəsləyirəm quşumu,Özüm ona baxıram,Ucalanda göylərəSanki mən də qalxıram.

Sevimli nəğməsininİlk sözü qurtuluşdur;

Sülhüm qardaşı, dostuBəslədiyim bu quşdur.

Dönsün şirin arzularHəqiqətə, çin olsun.Ölkələr üzərindəUçan göyərçin olsun.

Göyərçinim qəşəngdir,Qanadları qırılmaz,Uçar azad göylərinQucağında yorulmaz.

Dolansın göyərçinimGöylərin üst qatını,Ötsün həyatlarındaEllərin həyatını.

Tükləri pambıq kimiYumşaq göyərçinim;Yaşa azad ölkədə,Mənim ağ göyərçinim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов