Bir dost dedi dünən mənə:Şair ümman olum – deyir.Günəşə gah istər dönə,Gah tar, kaman olum deyir.Bəzən deyir: diləyirəmƏzəmətli dağa dönüm.İnsanların ləpirləriÜstümdə qalsın iz kimi.Qara neftim qatlarımdaTükənməsin dəniz kimi.Nura dönüm, bəşər üçünŞəfəq saçım, işıq verim.İnsan evi olsun yenəƏzəl yerim, axır yerim.Mən istərəm torpaq olum,Həqiqətə dönüm yenə,Əfsanədən uzaq olum.Yaşadarsa bizi ancaqYenə torpaq yaşadacaq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов