Çay dərən qızlar
Gördüm sizi yaşıl kollar içindəÇay dərəndə, sərvətiniz var olsun.Yurdumdakı mərd oğullar içindəAd-sanınız, şöhrətiniz var olsun.
Lənkəranın çay dərən şən qızları,Həsəd çəkir sizə göy ulduzları.Bu dünyada səadətdir payınız,Ətirlidir, çox gözəldir çayınız.
Axşamüstü eyvanımdan yarımlaSeyr edirəm, süzür göydə ulduz, ay;Baş-başayam şirin arzularımlaQabağımda var məxməri dəmli çay.
O kəslər ki, alnı açıq, üzü şənYurdumuzu laləzara döndərir,İftixarla öyünərək ürəkdənBu nəğməylə sizə salam göndərir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-cay-deren-qizlar
Клавиши ← → для перехода, R — случайное стихотворение