Bu dağ mənim öz dağımdı,Mən bu dağın bulağıyam.Çəmənində közə dönmüşŞölələnmiş çırağıyam.

Bu daş mənim öz daşımdı,Öz tarixim, öz yaşımdı.Qaya məğrur qardaşımdı,Onun səsi, sorağıyam.

Bu yol mənim öz yolumdu,O tay – bu tay sağ-solumdu.Xəzər sinəm, Kür qolumdu,Xan Arazın fərağıyam.

Seçməliyəm tükdən tükü,Ağırdı çiynimin yükü.Köküm Dədə Qorqud kökü,Qaracoğlan bulağıyam.

Deməsinlər gəldi-gedər,Keçirmərəm ömrü hədər.Öləndə də qəbrim qədərAzərbaycan torpağıyam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине