Sığınnam
Ana deyib təbiətin adına,Bala kimi o qucağa sığınnam.Arzularım çiçəklərlə öpüşər,Bağban olub yaşıl bağa sığınnam.
Avaz şirin, mahnı təzə, nəğmə tər,Ay işıqdı, Günəş nurdu, şəfəq zər.Dan yerindən göz vuranda şəfəqlər,Şehə dönüb bir yarpağa sığınnam.
Yaz göyləri, qış yuvası yaxşıdı,İsinməyə quş yuvası yaxşıdı.Qaya evi, daş yuvası yaxşıdı,Qartal olub qarlı dağa sığınnam.
Həm yazına, həm qışına qurbanam,Addımına, qarışına qurbanam.Vaxt gələndə “beş arşın”a qurbanam,Yatmaq üçün nazik ağa sığınnam.
Ondan əziz məskənim yox, yuvam yox,Ürəyimdə həsrətinə davam yox.Ondan ayrı odum, suyum, havam yox,Sığınanda bu torpağa sığınnam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-siginnam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Allah! Sən özün yetiş hayıma, harayıma,Mülkümə, sərvətimə, varıma güllə dəydi!
Azərbaycan türkünün qanı tökülür bu günEşit məni Atilla, Alp Arslan, qalx məzardan,Qurtar xalqı zülümdən, qurtar milləti dardan.
Şair, bu gün şeirini evdə yox, səngərdə yazYapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Ağsaqqal sözüOğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.
Стихи других поэтов
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar