Gələcək
Oğul oğuldursa, uzaqda durmaz,Düşəndə yadına layla, gələcək.Ana, əsirgəmə muştuluğunu,Hamıya muştuluq payla, gələcək.
Oxun nişan gəzir, sən yayını tap,Xoşbəxtlik hardadı, sarayını tap.Halal süd əmmişin bir tayını tap,Yaxşını yaxşıyla tayla, gələcək.
Payızsan, ömrünə yaz axtarırsan,Nazlana-nazlana naz axtarırsan.Gəlin gətirməyə qız axtarırsan,Hay vur, gözəlləri hayla, gələcək.
2005, iyulKislovodsk
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gelecek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?