Şair arzusu
Hamı işığını keçirib yatır,Yuxunu canına köçürüb yatır.Kimi təzə tapıb xoşbəxtliyini,Kimi bəxt quşunu uçurub, yatır.
Kasıb yorğanına qor dolub, yatır,Üşüyən canına qar dolub, yatır.Kimi sevincindən yatağa sığmır,Kiminin qazancı dərd olub, yatır.
Başının üstündən gecə qalxacaq,Cavan oyanacaq, qoca qalxacaq.Xoşbəxtlər quş kimi qanad açacaq,İlahi, bədbəxtlər necə qalxacaq?
Acı yuxuları bal eylə, Allah,İnsan sevgisini bol eylə, Allah.Hamı xoşbəxtliyə yollar axtarır,Hamıya, hamıya yol eylə, Allah.
“Muştuluql” deyənin nəmərini ver,Sevincin, şadlığın xəbərini ver.Hamının gecəsi gecədə qalsın,Hamının işıqlı səhərini ver.
Kislovodsk
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sair-arzusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Roma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Sordumsa hər kəsdən, dedilər, bivəfa səniSordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Reyhan ətirli dünyaBaxdım gözlər qəmli,Baxışlar ürkək,