Dolanır həftələr, günlər,Ötən ayların içində.Bulaqlar gəlir görüşür,Dəli çayların içində.

Vaxt yetişdi, vədə yetdi,Etdiyini zaman etdi.Kimlər gəldi, kimlər getdi,Saysız sayların içində.

Baxmır toxa, aca dünya,Baxmır taxta-taca dünya.Dövr eyləyir qoca dünya,Gələn toyların içində,Gedən vayların içində.

2006, avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов