Ulu Tanrım, bu da birarzudu, təvəqqedi,Xoş günü, dəqiqəni,XOŞ saatı ver mənə.Qat-qat olan içim var,bir qata sığışmıram,Taxtını göydə quranyeddi qatı ver mənə.

Yığılan söz yığınıyüz olsa qalaq-qalaq.Nə kamildi, nə bütöv,nə peyvənddi, nə calaq.Gözləri, könülləriintizardan qurtaraq,Dörd misra könül açanbir bayatı ver mənə.

Taledən üzümüzəbağlananda qapılar,Nə səni soraqlayan,nə axtaran tapılar.Çıxanda qismətiməaxsaq, arıq yabılar,Arzum, muradım kimiköhlən atı ver mənə.

Yansın can, qaynasın qan,gülsün göz, coşsun ürək,Dərdi dağıtsın hava,qəmi dağıtsın külək.

Yüz il mənasız ömürkimin nəyinə gərək? —Bir gün mənalı keçənxoş həyatı ver mənə.

Ömrü, günü, həyatışirin eylə, qənd eylə,Könlümü gözəlliyəgüzgü, aynabənd eylə.Nə mahal, nə məhəllənə şəhər, nə kənd eylə,Yeri, göyü, varlığı,Kainatı ver mənə.

2005, martİsveç

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов