Hər yerdə qarşıma sən çıxacaqsan!
Neçə min illərdiyol gəlmişik biz,Başımız bu qədərucalmamışdı.Bir Vətən övladı,bir Vətən oğluTorpaqdan bu qədərgüc almamışdı.
Mənim əsrimin də,əsərimin dəSənsən baş igidi,baş qəhrəmanı.Rəssam qardaşımınfırça hünəri,Memar qardaşımındaş qəhrəmanılFikrə getmişəmsə,xəyallarımda,Şeir yazmışamsa,əsərimdəsən.Evə gəlirəmsə,yerin başdadı,Yola çıxıramsa,səfərimdəsən.Arana enirəm,yaşıl bağça-bağ,Dağlara qalxıram,qaynar bulaqsan,Hər yerdə qarşımasən çıxacaqsanl
Gəzirəm başabaşAzərbaycanı,Hardasa sevinc var,hardasa qəm var.Hər addımbaşındasəninlə bağlıHeç vaxt unudulmazbir xatirəm var.O da bir fürsətdi,uçdu beləcə,O da bir ömürdü,keçdi beləcə.
Qələmim, dəftərim,şeirim, ilhamımSəni baş qəhrəmanseçdi beləcə.Ulu millətiminbağrından qopan,Yağıştək torpağınbağrına hopan,Hünər dağlarınıkülünglə deyil,Dözümlə, ağılla,səbirlə çapanBir igid yaratdısəni təbiət,Millətin yolundaqurban olmağaBir şəhid yaratdısəni təbiət.Harda addımlasam,harda dolansam,Ruhumu qızdıranodsan, ocaqsan.Hər yerdə gözlərimbaxacaq sənə,Hər yerdə qarşımasən çıxacaqsanl
Vaxtında qaladınöz ocağını,Özgə ocağındaheç qızınmadın.Sındırmaq istədixəbislər səni,Heç vaxt əyilmədin,heç vaxt sınmadın.Bizi tufan yıxmaz,sel oymaz daha,Sən bizim çəkimiz,ləngərimizsən.Sabaha İlhamlagedən dövlətiQoruyan səsimiz,səngərimizsən.Heç vaxt yorulmadısəndən yazanlar,Ümidlər, inamlargüc aldı səndən.Hər kəs ömür verdiöz sənətinə,Xəyallar, ilhamlargüc aldı səndən.Haqqı tapdalananbir cəmiyyətinQaytardın özünəhaqqı-sayını.Qaytardın özünəsən bu millətinAzadlıq adlananhalal payını.Qəlbində yaratdın,qəlbində qurdunVətən sevgisininbaş sarayını.Allah da, bəndə dəçox gözəl bilir,Getdiyin yollardahaqq oğlu haqsan.Mən səndə tapmışamhəqiqətimi,Hayana boylansam,hayana getsəm,Hər yerdə qarşımasən çıxacaqsanl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-her-yerde-qarsima-sen-cixacaqsan
Клавиши ← → для перехода, R — случайное стихотворение