Allah, nədir bu qırhaqır, bu qaçaqaç,Ağrıyan baş, ağrı çəkən bədən oldu.İtin, qurdun atasına rəhmət deyin,İnsan gəldi, insan əti didən oldu.

Lənət ilə möhürlənmiş alın qalıb,İncəlmədik, qabırğamız qalın qalıb,Ha qaçırıq, ayağımız yalın qalıbDin-hərəkət baş götürüb gedən oldu.

Ara vuran, evlər yıxan çuğula bax,Atasına şillə çəkən oğula bax.Orda-burda ağlar qalan ağıla bax,İnsaf döndü qarın oldu, gödən oldu.

Bələnmişik yerin-göyün biz ahına,Yüz suçuna, taqsırına, yüz ahına.İnanmayın alimlərin izahına,Mən bilirəm bu zəlzələ nədən oldu.

Yaradanın acığıydı, hirsiydi bu,Tərs işlərə, şillələrin tərsiydi bu.İbrət üçün haqqın bizə dərsiydi bu,Çox adamın bağrı zədən-zədən oldu.

2000, 7 dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости