Səhra həmin
SƏHRADl
Düdük həmin düdükdü,Çalanları başqadı.Eşşək həmin eşşəkdi,Palanları başqadı.
Kiminə bir fürsətdi,Kiminə xoş qismətdi,Rüşvət həmin rüşvətdi,Alanları başqadı.
Üyüdür narınları,Yekəldir qarınları.İndinin harınları,Kalanları başqadı.
Dərddi, qəmdi, kədərdi,Dərdi dünya qədərdi.Şəhər həmin şəhərdi,Dalanları başqadı.
Tapdaladı haqları,Bağladı dodaqları.Vaxtın fırıldaqları,Yalanları başqadı.
Tez-tez dəyişir adı,Ancaq dəyişmir dadı.Səhra həmin səhradı,İlanları başqadı.2000, 24 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sehra-hemin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim deyir bu dünya kefdi, damaqdı,Kefi olanlar da kefdə deyilmiş.
SöyləDərd içini yandıranda,Apar dağa-daşa söylə.
Xatirələr yumağıDağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.
Heç kim öz yükünü tək çəkə bilmirSevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.
Стихи других поэтов
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
مُردم از حسرتِ آهورَوِشان و رَمِشانمی ندانم به چه تدبیر به دام آرمشان
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,