İlk ümid, son məkan
Ayağımın altındaQar yatır xırıp-xırıp.Yoxsa, qismətim məniQışa qonaq çağırıb.
Aman, çıxar yaxamdan,Qəlbim necə döyünür.Çay kənarı, dəyirman...Xatirələr üyünür.
Bu da dalgın söyütlər-Qırovlanıb saçları.Baxar, gözü yol çəkər,Tək ev,qoz ağaçları...
Suyuna daş atılmaz,-Don vuran çaylar şüşə.Atam burdan gedibdirBir zamanlar döyüşə.
İlk ümitdir, son məkanKim yurduna xor baxar;Anam burda bir zamanTapşırılıb torpağa.
Qarışıb kəpəyinə,Ələnibdir ələyi.Bu onun qar beşiyi,
Bu onun qar bələyi.
Keçib qarlı düzəni,Açım qarlı torpağı.Qucağına düşəniTorpaq göyərdər axı?!
Burda bir ürək yanır,Üstündən çırpıb qarı.Kənarda buxarlanırQaratikan kolları...
Xatirələr üstünəNarin-narin qar yağar.Necə ayaq basasanAna yatan torpağa?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-ismayil-ilk-umid-son-mekan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Mən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Oxudum, öyrəndim heç nə bilmədimQarış, - qarış el obanı dolandım,Oxudum, öyrəndim, heç nə bilmədim.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
AzərbaycanAzərbaycan!Odlar yurdu! –