Məkansız aşığın haqdır məkanı.NəsimiQara səni basıncaDərd əkib, qəm suladın.Dolaşıb arxasıncaBaxdını yamsıladın.

Döndün qürbət daşına,Bir gün də Vətənə dön.Dön, elin yaddaşınaİtiyi itənə dön.

Düşdüm mən də bir işdiDiyar-diyar gəzəli.Yollarımı dəyişdiBaxdın görünməz əli.

Sorma, nəyin nəsiyəmGəl sözümü çevirmə.Mən Allah bəndəsiyəm,Mənimlə bəhsə girmə.

Uçurumdu hər yanım,Təkliyin yanındayam.Nə evim, nə ünvanımAllah amanındayam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов