Ulu Nizaminin sevdiyi Bərdə,Uyuyur ulduzlu düşüncələrdə.

Gəzdim bu oylağı mən oymaq-oymaq,Canlı gözəllikdən olarmı doymaq?!

Keçdim keçidləri, aşdım bəndləri,Bərdənin Bayandur, Boyat kəndləri! –

Canlı boylarıdır "Dədə Qorqud"un,Ruhudur tənburun, qopuzun, udun.

Sular dadlı-dadlı çağlar bu yerdə,Bağçalar bu yerdə, bağlar bu yerdə!

Şairlər seyr etsin bu gülüstanı,Ömür dastanıdır, ömür dastanı!

Görünməz üzlərdə, gözlərdə pərdə,Günəş bəldəsidir sevgili Bərdə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви