Bizə yurd miras qoyub,Ulus qoyub, saz qoyub,Kür qoyub, Araz qoyub.

Aşıb-daşıb sevinclə,Könülləri güvəncləDolu babalarımız.

Ərənləri duyubdur,Dilə candan uyubdur,Göz kimi qoruyubdur –

Uzun illərdən bəriŞərəflə keçdikləriYolu babalarımız.

Məsləki pul olmayıb,Özgəyə çul olmayıb,Kimsəyə qul olmayıb.

Öz əqidələrinin,Kişi müjdələrininQulu babalarımız.

Hər birisi ər oğlu,Dədə Qorqud, Koroğlu,Hər gün onlara doğru –

Can atan canımızdır,AzərbaycanımızdırUlu babalarımız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине