Nə bayramdır bu bayram,Mənim könlüm açılmaz,Şəfəq yox, nur saçılmaz,Nə oldu keçmiş əyyam?!

Nə bayramdır bu bayram,Nə bir türkü, nə bir saz,Xəzan şəklində bir yaz,Bu fəryada yox əncam.

Nə bayramdır bu bayram,Uzaq Kürdən, Arazdan,Onun yox fərqi yasdan,Kim almış yasdan ilham?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов