Azərbaycan türklərinin türküsü
Dostum Yusif Gədikliyə
Çürük bir imperatorluq çökürkən,Zarıldar baş kəsirkən, qan tökürkən,Bugün türk ellərində dan sökürkən,Umulmaz bir umud parlar fəzadan.
Əzəldən türkə məskəndir bu yerlər,Gülümsər Ayla, yıldızla səhərlər,Yenilməz can verib, şan almış ərlər,Azərbaycan çıxıb minbir boladan.
Könül türküm böyük Türk millətimdir,Gücümdür, vəhdətimdir, hümmətimdir,Müqəddəs müslümanlar ümmətimdir,Bu ümmət yadigardır Mustafadan.
Bizim yurdu, bizim xalqı çalanlarZəhərlənmiş ilanlardır, ilanlar,Gəbərsin zövq alanlar, şövq alanlarCinayətdən, yalandan, iftiradan.
Qızıl Ordu qızıl qurğuydu, məncə,Nə divan tutdular minlərlə gəncə,Bu vəhşət başladı yetmiş il öncə,Bu dövlət, haqq bilir, puçdur binadan.
Könüllər titrədən tellər qırıldı,Biləklər qanrılıb, qollar qarıldı,Amansız güllələbaran yağdırıldı,Əcəl fışqırdı torpaqdan, səmadan.
Yasaqdır türkə qatillər, yasaqdır,Soyuq vicdanları buzdan sazaqdır,O namussuzların qəlbi uzaqdırAbırdan, ardan, izzətdən, həyadan.
Qızıl Ordu qızıl tanklarla gəldi,Əzazillərlə, daşnaklarla gəldi,Bu qorxaqlar o alçaqlarla gəldi,Şəhidlər doğdu qorxunc istiladan.
Rəzillər yurdumun boynunda yükdür.Nahaq qan yerdə qalmaz, haqq böyükdür,İgid yurddaşlarım Türk oğlu Türkdür,Sorun tarixini Türkün Zəkadan.
O daşnaklar ki nifrət var gözündə,O yaltaqlar ki mürvət yox üzündə,O qorxaqlar yaranmış yer üzündəQərəzdən, fitnədən, kindən, riyadan.
Köpəklər tək görüb də qurdu yoxsa?!Ulus yoxdur onun öz yurdu yoxsa!..Umud yox, qurtuluş yox, ordu yoxsa,Nicat vox Tanrıdan, dindən, duadan.
Axan gözyaşları tufan qurutmaz,Bu dərt bir dərt ki, bir dərman ovutmaz,Unutmaz millətim bir gün unutmaz,Unutmaz əmri gəlsin də xudadan.
Qisas eşqiylə çağlarkən igidlər,Könüllərdən uzaq düşməz ümidlər,Şəhidlər var bu torpaqda, şəhidlər,Bu yurdun fərqi yoxdur Kərbəladan.
Ehey, ey canidən imdad umanlar,Seçilmiş namizədlər, “qəhrəmanlar”,Yetişməzmi sizə ahlar, amanlar?Sizə yardım olarmı Moskovadan?!
Ehey, ey qan içənlər, qan için də,Boğulmuş qan içənlər qan içində!Sizi qərq eylərik vulkan içində,Əsər qalmaz saralmış əjdahadan.
Ankara, 1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-azerbaycan-turklerinin-turkusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tarixdə tufanlar, üsyanlar olmuş,Cahangirlər olmuş, aslanlar olmuş,
Varlıqda açılmaz möcüzələr varVarlıqda açılmaz möcüzələr var,Dahilər yaşayıb, bundan halıyam,
Arazam Kürə bəndəmİçimdə bir bürkü var,Könlümdə bir türkü var,
Qurban verərdimMənə bircə kəlmə can söyləsəydin,O bircə kəlmənə min can verərdim,
Стихи других поэтов · О родине
İstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,