Mənə bircə kəlmə can söyləsəydin,O bircə kəlmənə min can verərdim,Ömrümü, günümü dərd eyləsəydin,Ömrümü, günümü dərman verərdim.

Bezdirdim qəlbini sədaqətimlə,Qaldım həsrətimlə, müsibətimlə,Könlümü alsaydın, bu zülmətimləSənə bir işıqlı cahan verərdim.

O günlər necə də mənə haydılar,Könlümə, gözümə şəfəq yaydılar,Gedən günlərimi qaytaraydılar,Gələn günlərimi qurban verərdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов