Sonsuz gecələr cənnətə uğrardım onunla,Dağlardakı sellər kimi çağlardım onunla.

Ulduzların altında dalardıq ulu zövqə,Bir türkü ötərdik o səadət dolu zövqə.

Ay üzlü xəyalıyla parıldardı xəyalım,Hicran, yenə hicran, yenə məhv oldu vüsalım.

Dəhşət gətirən son görüşüm son umudumdu,Getdi, gedişiylə sönən ilhamım, odumdu.

Zülmət sarıb ətrafımı, sonsuz gecədir bu,Onsuz yaşaya bilmirəm, onsuz gecədir bu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке