Sənsiz duramıyorum
Sənsən bu yer üzündəGecəm də, gündüzüm də,Həyatımsan gözümdə,Sənsiz duramıyorum.
Yollarım duman-duman,Ağlaram zaman-zaman,Durma, gəl, aman-aman,Sənsiz duramıyorum.
Sənə qovuşmaq üçünAğlaram için-için,Neçin duymazsan, neçin,Sənsiz duramıyorum.
Gəl ki canbir olayım,İki can bir olayım.Sonacan bir olayım,Sənsiz duramıyorum.
Axıb-gedər günlərim,İnim-inim inlərim,İstanbulu dinlərim,Sənsiz duramıyorum.
Ürəyimdə simim var,Keçilməz keçimim var,Sondən başqa kimim var?Sənsiz duramıyorum.
Sovuşmaz sənə meylim,Məcnunam iştə, neylim?Durmuş uzaqda Leylim,Sənsiz duramıyorum.
Bunca ki qəm yiyorum,Var səsimlə diyorum:Mən səni istiyorum,Sənsiz duramıyorum.
Bunca ki qəm yiyorum,Var səsimlə diyorum:Mən səni istiyorum,Sənsiz duramıyorum.
Yaşam dolu meyimsən,Röyada gerçəyimsən,Sən mənim hər şeyimsən,Sənsiz duramıyorum.
Eşqim aşıb daşıyor,Göylərə yaxlaşıyor,Demə mənsiz yaşıyor,Sənsiz duramıyorum.
Bu çilə nasıl çilə?Çilə, bülbülüm, çilə,İlət o gözəl gülə;Sənsiz duramıyorum.
Sənsizliyim yamandır,Ürəyim bir kamandır,Amanım ol, amandır,Sənsiz duramıyorum.
Məni xəzan vuruyor,Ömür bağçam quruyor,İnan, qəlbim duruyor,Sənsiz duramıyorum.
Könül bir imkan bulaGetməyə İstanbula,
Orda gülüstan bula,Sənsiz duramıyorum.
Bana səsləmədənsə,Susuyorsun, nədənsə,Bilməzsən məni, mənsəSənsiz duramıyorum.
Susmaz nəvalı bir ney,Aləmi inlətir hey,Durumum öylə bir şey...Sənsiz duramıyorum.
Yaralarım dərində,Bağrımın üzərində,Durur dünya yerində,Sənsiz duramıyorum.
Sevgi tütər canımda,Ürəyimdə, qanımda,Sən olaydın yanımda,Sənsiz duramıyorum.
Xəyalını oxşaram,Ruhuna yaxlaşaram,Sənsiz, səni yaşaram,Sənsiz duramıyorum.
Suç, bunu bil ki, sən də,Nə məndədir, nə səndə,Sən məni bilməsən də,Sənsiz duramıyorum.
Bir duraydıq üz-üzə,Yakışaydı söz-sözə,Söyləyəydim göz-gözə:Sənsiz duramıyorum.
Nə gərəkdir gizləmək?Nə deməkdir gözləmək?Nə əməkdir özləmək?Sənsiz duramıyorum.
Əllərini ver mənə,Ver qəlbində yer mənə,Üzünü göstər mənə,Sənsiz duramıyorum.
Könlünü mənə qəsr et,Ömrünü mənə həsr et,Varlığım sənə həsrət,Sənsiz duramıyorum.
Can səni ahu sanmış,Gerçəkdən ahusanmış,Demə ki, ah, usanmış,Sənsiz duramıyorum.
Diləklərin nə kutlu,Nə içli, nə umutlu,Eylə bəni də mutlu,Sənsiz duramıyorum.
Taleyim oyanırmı?Şəfəqə boyanırmı?Buna can dayanırmı?Sənsiz duramıyorum.
Gözyaşım durulmuyor,Könül səni bulmuyor,Olmuyor, ah, olmuyor,Sənsiz duramıyorum.
Gözlərində gözlərim,Sözlərində sözlərim,
Səni nasıl özlərim,Sənsiz duramıyorum.
Bir fidan boylu çamsan,Gözəllikdə xocamsan,Biricik tanrıcamsan,Sənsiz duramıyorum!
Qoyma qalım tək məni,Zülmət üzəcək məni,İşıq kimi çək məni,Sənsiz duramıyorum.
Əskilməsin şənliyin,Şənliyin, esenliyin,Mənliyimdir sənliyin,Sənsiz duramıyorum.
Duramıyorum, canım,Durmuyor həyəcanım.Duymuş Azərbaycanım,Sənsiz duramıyorum.
Rəfiqi səsləyəydin,Onunla qəm yeyəydin,Bir gün sən də deyəydin:Sənsiz duramıyorum.
Bakı – İstanbul, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-sensiz-duramiyorum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilimi doğma bilən bir ulusa can verərəm,Dilimin türküsünə canımı qurban verərəm.
Türkü məşuq edən insanlığa türkün dilidirTürkü məşuq edən insanlığa türkün dilidir,Bu dili sevməmək olmaz. Atatürkün dilidir.
Zümrüd BoğazDostum Camal Anadola*Zümrüd Boğazın seyrinə dalmaq nə gözəldir,
Bir qələm dostumla əruz söhbətiDedim: oxuyuram yazdıqlarını,Eyni ölçülərdir, əlvanlıq hanı?
Стихи других поэтов
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
A mollaNə vardan qorxum yox, nə də ki, puldan,Mərdlik adətimdi, bilnən, a molla.