Gizli sevgi
Bəzən saatlarla mən düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Onun günəş camalı xəyalımla öpüşür,Gizli eşqin çağları bir-bir yadıma düşür.
Bir bahar əyyamıydı, açmışdı lalə, nərgiz,Meşədə, dar cığırda birdən qabaqlaşdıq biz...
Nəfəsimə toxundu onun ətir nəfəsi,Qanadlandı uçmağa gənclik eşqi, həvəsi.
“Yol ver keçim!” deyincə xumarlandı gözləri,Mən çəkildim, yox oldu bir anda o şux pəri.
Bu görüş nəzərimdə bir qəribə hal oldu,O, röyatək itincə nəşələr məlal oldu.
Sonra aça bilmədim ürəyimi mən ona,Mən dumduru göl oldum, o uzaq uçan sona.
Gedən zaman qürbətə o, yolda durmuş idi,Bənövşətək nədənsə boynunu burmuş idi.
Gizli qaldı onun da ürəyinin sirləri,Görəsən heç anıbmı məni o gündən bəri?
Yox, bəlkə də bilməyir, söhbət açmadıq ki, biz,Mən o qızı sevmişəm özündən də xəbərsiz.
Bəzən saatlarca hey düşüncəyə dalıram,Uzaqlara həsrətlə baxa-baxa qalıram.
Onun günəş camalı xəyalımla öpüşür,Gizli eşqin çağları bir-bir yadıma düşür...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-gizli-sevgi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
چو گویم کرد سرگردان و میبازد به چوگانم
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,