İki cavan ilk dəfə dayansa da üz-üzəKöhnə, əziz tanışdı baxışları elə bil.Ürəklərin şövqünü paylayırdı göz-gözə,Sehrli bir heyrətlə sükutdaydı dodaq, dil.

Abşeronda süslənib qönçələnən o qızınGözü qara şanıtək, söz-söhbəti şirindi.Oğlan isə göz açmış o tayında Arazın.Titrək qəlbi alovlu, cod əlləri sərindi.

Görüşdülər neçə yol... danışdılar, güldülər,Birgə başa vurdular fəsilləri, illəri,Bir-birinin soyunu doğma, yaxın bildilər,Dindi şirin nəğməylə sədaqətin telləri.

Yollar parka, kinoya aparanda onlarıHər addımda, hər izdə sanki bir gül bitirdi.Bu tükənməz, ətirli məhəbbətin yollarıSevənləri, nəhayət, toy evinə gətirdi...

Gəldi qohum-əqrəba, uzaq-yaxın qonaqlar,Bir məclisə yığıldı oğlan evi, qız evi.İşıq saldı qəlblərə, güldü üzə otaqlar,Bu mehriban ocağı hamı bildi öz evi.

Oğlan tərəf, qız tərəf şaxələnmiş budaqdı –Meyvəsidir Təbrizin, Qarabağın, Qubanın.Burda ürəklər yaxın, demə mənzil uzaqdır –Hər sağlıqda səsi var neçə elin, obanın!

Övladını göndərib bura neçə kənd, şəhər.Elə bil ki, bərədən Araz daşır, Kür daşır.Bu məclisdə, bu toyda, desəm azdı yüz nəfərBir-biriylə ilk dəfə qohum olur, dostlaşır.

Neçə mahal qovuşur... Neçə uzaq ev, külfət...Xəyal bizə dağları, üfüqləri aşdırır.Saf baxışdan od alan bir sədaqət, bir ülfətXalqı mehriban edir, xalqı yaxınlaşdırır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине