Dönür
Hüsnün kəbəsidir hilal qaşların,Aşiqlər qapında zevvarə dönür.Qanuni belədir bu kainatın:Hilalın başına sitarə dönür.
Mən ki, çin oturdum, sözü çin dedim,Cahana gəlmişəm səninçin dedim,Şəhla gözlərinə göyərçin dedim,Onlarsa çalmağa şahmara dönür.
Bəlkə imtahandır, bu bir sınaqdır,Qoy olsun hazıram mən ki, havaqdır.
Hər insan dünyaya beş gün qonaqdır,Torpaqdan yaranan qubara dönür.
Uymaram köçəri zövqü-səfayə,Dözərəm eşq üçün hər bir cəfayə,Rahiməm, sadiqəm əhdə, vəfayə,Sözüm ağızlarda şüarə dönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-donur
Клавиши ← → для перехода, R — случайное стихотворение