Olacaq
A yoldaşlar, yeddiillik bahardaBar gətirən təzə bağlar olacaq;Səadətin sarayını tikirik,Asimana qalxan tağlar olacaq.
Yaranacaq neçə-neçə gölümüz,Gəlin kimi al geyəcək çölümüz.Sərvətini verəcəkdir dərə, düz“Təslim oldum” deyən dağlar olacaq.
Çoxalacaq yurdumuzun neməti.Dolanacaq ölkələri şöhrəti.Qoy var olsun yeddibahar dövləti,Sayəsində gözəl çağlar olacaq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-olacaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sağ ol, neftçi qardaşım
Dünən zəng vurdum sizəTəbrik etməkdən ötrü qarşıdan gələn ili.
Məhəbbətin varsaBəyəndiyin yola sən yönəl etiqadla get,Xətər gəlməz adına,
Xəyallar aləmindəOturub göyərtədə cavan mühəndis yenə,Papiros çəkib, baxır Xəzərin sinəsinə.
Addımla cəbhəyəAddımla cəbhəyə,Düşmənə vermə heç aman.