Gözəlliyə dair
Deyirsən, şair daha kifayətdir, yazma gəlGözəllərin qaşından, od xalından, gözündən.Burax sən deyən olsun, mən razıyam, çox gözəl,Eşqi doğru dərk edək ancaq şair sözündən.
Kim zövq alar gözəldən, o, kamallı olmasa,Şerimə həyat verən ləkəbilməz ürəkdir.Yaxşı bilirəm ki, qız qara xallı olmasa,Yenə bir oğlan onu ürəkdən sevəcəkdir.
Qoy mövzum olmasın nə qaş, nə göz, nə yanaq!Yazmaram, səninlə də gəl belə bir şərt qoyaq:Yanından ceyran kimi bir şux gözəl keçəndəZilləyib gözlərini ona gəl baxma sən də!
Mən gözəlin yazmıram zahiri surətini,Şerimin ruhunda gör insan məhəbbətini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-gozelliye-dair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təbriz...Hava qaralır,
CavabNə üçün bilməyirəm məndən üz döndərmisən?Unutsunmu deyirsən könlüm keçən günləri?!
Pol Robsona məktubMən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.
Nazim Hikmət azaddırmıDeyirlər, azad olmuş zindandan Nazim Hikmət,Deyirlər, ağuşunu açmış ona təbiət.
Стихи других поэтов
Bu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Xoşa sənilə həmavaz olduğum günlərXoşa sənilə həmavaz olduğum günlər,Həmişə həmdəmü həmraz olduğum günlər.