Ağac kölgəsində bir axşam üstüSədəfli saz çaldı Sarıbaş qızı.Gözəl xallarının heyranı oldu,Dağlar fikrə daldı, Sarıbaş qızı.

Mən belə bir gözəl görməmişdim heçQara saçlarını hörməmişdim heç,Ona öz könlümü verməmişdim heç,Canımda od saldı Sarıbaş qızı.

Gəzib dolandıqca burda hər yeriNə qədər xoş keçdi ömrün günləri.Əfsus, mən Bakıya qayıtdım geriSarıbaşda qaldı Sarıbaş qızı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов