Qara gözlü, qara qaşlı,Şirin dilli, gözəl pəri!Uzaqlardan gətirmişəmƏtir saçan bu gülləri.

Qar altından qaldıraraqBənövşələr öz başını,Gəldi mənim eyvanımaSalamlasın yoldaşını.

Nərgiz vida etdi səhərYaşıl Şirvan düzlərinə,O gəldi ki, bir də baxsınGülümsəyən gözlərinə.

İlk bahardan təravətliSən, ey ömrü bahar, gözəl!Gülür eşqin, səadətin,Gülür həyat, gülür əməl.

Mingəçevir təbrik üçünÇəmənlərdən gül dəribdir.Səadətdən, gələcəkdənSənə sovqat göndəribdir.

Qəbul elə, o şadlanıbSevinəcək, güləcəkdir.Mingəçevir yurdumuzda.Al şəfəqli gələcəkdir!

Al sevgilim, töhfəsini,Bahar təbrik edir səni.Gəl, qəbul et, özün kimiƏtir saçan gül dəstəni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе