Yoxuşlardan qalxır duman,Yeriyirik arasından.Düzənlərdə şölə saçıb,Qarşılayır günəş bizi.İlk baharla yaşıl çəmənSalamlayır ömrümüzü.Yamaclardan ətir yayıbSən baxırsan yola, nərgiz!Eşqim kimi təravətliBala nərgiz, bala nərgiz!Nə var, min bir maraq iləGöz dikirsən uzaqlara?O fermanın binəsidir,Qonaq düşüb yaylaqlara.Aşıqların xoşladığıDağlardakı sarı nərgiz!Çəmənzara gəlir çoban,Güloğlanın yarı Nərgiz.Səhər-səhər yayıb düzəKörpə, əmlik quzuları,Şerim kimi təravətliÇiçəklənib arzuları,Əldə kitab gəlir yenə,Elmə böyük hörməti var,Onun azad bir sevdası,Dövləti var, sərvəti var.İlk baharda alqışlayırO nəğməylə təbiəti.Mən görürəm o dilbərinKamalında şeriyyəti.Səndən artıq xoşbəxt olanGüloğlanın öz yarıdır,Əsl bahar o NərgizinHəyatının baharıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе