Qələbə günü
A dostlar, aşnalar gözünüz aydınOldu nəsibimiz səadət camı.Qurulsun toy, mağar ellər boyuncaCoşsun bəstəkarın dərya ilhamı!Gəldi gözlənilən zəfər bayramı.
Öldü yuvasında vəhşət əjdəri,Kədər tərk eləyir doğduğum yeri;Ağ günlər qayıdır sevinclə geriÖldü quldurbaşı, öldü haramı,Gəldi gözlənilən zəfər bayramı.
Hanı o qotazlı, sədəfli sazım,Gülür əbədiyyət baharım-yazım,Süzür üfüqlərdə ilham şahbazım,O səslənib deyir: – sevinsin hamı!Gəldi gözlənilən zəfər bayramı.
Var olsun rəşadət, hünər var olsun,Üfüqdə parlayan səhər var olsun,Atamız-dostumuz rəhbər var olsun,Var olsun Vətənin gözəl əyyamı!Gəldi gözlənilən zəfər bayramı.9 may 1945
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-qelebe-gunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azad bir insanındır, nə fərqi var kimindir.Yatır eyvanda körpə, qədim asma beşikdə
BalıqçıDəniz qırağında var yastı daxma...Gəl, ona məhrəm ol, biganə baxma!
XarratTəzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.
BarışmayırsanTəbriz...Hava qaralır,
Стихи других поэтов
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Salıbdı fitnə iki gözlərin cəhanə yenəVaqifSalıbdı fitnə iki gözlərin cəhanə yenə,