Ovçunun dəftərindən

Dan yeri sökməmiş çıxıb ovlağa,Zağlı tüfəngimi çəkib ayağaÖzümü kolların içinə vurdum,Saatlar uzunu marıqda durdum.Nəhayət, rast gəlib bir şux ceyrana,Atıb sinəsini batırdım qana.O sıçrayıb göyə, uçuldu yerə;Yüyürdüm yanına mən birdən-birə.Solğun nəzərlərlə o məni süzdü,Dərdli baxışlarla qəlbimi üzdü.Gəldi xatirimə keçən həyatım,Öz gənclik aləmim, öz kainatım.Mənim də qəlbimi bir zaman beləBir gözəl ovladı nəzərləriylə.Mən də o gün həmin bu ceyran kimiBaxdım həsrət-həsrət nigaran kimi,Sinəmdə yer salıb o gündən bəriAmansız ovçunun yara izləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов