Gözəl qız, nədən mənə etina etməyirsən,Neçin belə soyuqsan quzeydəki qar kimi?Eşqimin bağçasında gül kimi bitməyirsən,Qürurlusan möhtəşəm, vüqarlı dağlar kimi?Hüsnünə, bilməyirəm, nə üçün yetməyir əl?Sən ki, beləsən, gözəl;Gərək mən çevriləydim sərin bir yaz yelinə,Oxşayaydım üzünü, toxunaydım telinə.Həmin yel olduğumu sən əsla bilməyəydin,Açıb mərmər sinəni sərinləyim, deyəydinƏziyyətsiz, cəfasız olaydım otağında,Ətrafında gəzəydim-ətirli gül bağında.Günəş olaydım gərək,Hər gün yaxaydım səni işgəncələr verərək.Ətirli gül olaydım, əllərinlə dərəydin,Sinən üstə sərəydin.Bunların heç birisi olmamışam, insanam.Dağa döndərir məni insanlıq məziyyətim.Məni bu kainata insan doğmuşdur anam,Gül qədər bir kimsəyə olmamış əziyyətim,İndi ki, bəs belədir, nə üçün sən ey gözəl,Arzuma edib əməlMənə bircə dəfə də etina etməyirsən?Eşqimin bağçasında gül kimi bitməyirsən?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви