Təranə
Səhərdir çıxmışam yaşıl gülzaraBahar mənə vurğun, mən də bahara.Uçub könlüm quşu dolanır azad,Nəşəyə aşina dərdü-qəmə yad.Təsadüf eylədim çobana dağda,Dedim: “Çağırırsan yenə bayatı?”Dedi ki: Bülbüllər baharda, bağdaTərənnüm eyləyər şirin həyatı.Niyə çağırmayım, nə həsrətim var!Bu sonsuz sürülər, sonsuz ilxılarVarlı kolxozundur, demək mənimdir,Azadlıq, səadət, dilək mənimdir!İnsan həyatıdır həyatım mənim,Qulaq as, belədir bayatım mənim:“Tərlanım düşməyir tüləkdən bu gün,Qollarım sınmayır biləkdən bu gün.Günlərim süd kimi ağ keçir mənim,Yoxdur şikayətim fələkdən bu gün”.Çoban oxuduqca əks etdi dağlar,Məni cəzb eylədi sevdalı bağlar;Yeridim yamyaşıl xiyaban ilə,Gördüm bağda gəlin su verir gülə.Dedim ki: “Ay gözəl, sahibkar hanı?”Ədəblə göstərdi mənə bağbanı,Yanaşdım o mahir, aqil insana,Söylədi: “Xoş gördük, buyur eyvana!”Dedim ki: “Çox sağ ol, bu bağ kimindir?Bu, ucsuz-bucaqsız torpaq kimindir?”Söylədi: “Ay oğul, xammısan məgər?”Bağın sahibidir bağ becərənlər!Kolxozun bağıdır, demək mənimdir.Meyvə özümündür, çiçək mənimdir.Ətirli bağçanı bağbanla gəzdim,Sözləri mənalı insanla gəzdim.Məni cəzb eylədi bir toy otağı,
Hörmətlə tərk etdim bağbanı, bağıGördüm ki, aləmdir, gözəl mağardır;Məclisi dolaşan aşıq da vardır.Gətirdikcə dilə sarı simləri,Ömrü xatırlatdı bir al səhəri.Deyirdi: “Sənətim, dilim azaddır,Mənim bu savadlı elim azaddır.Bağlayıb ilhamım torpağa məni,Nə bəy-xan, nə koxa, nə ağa məniQana qərq etməyir, dövran başqadır.İndi oxuduğum dastan başqadır...”
Sübhü bu məclisdə açdım firavan,Səhəri yoluma olurkən rəvanTarlada Göygözü, Qüdrəti gördüm,Bitib tükənməyən qüdrəti gördüm;Şanlı yurdumuzun qəhrəmanlarıGedirdi sevimli çöllərə sarı.Onlar deyirdilər: “Doğma VətənəBol pambıq verərik biz bu il yenə.Çünki bahar bizim, çəmən bizimdir,Bu ucsuz-bucaqsız Vətən bizimdir!”Yayılsın ruhuma sərinlik, deyəYönəldim Araza, sala minməyə.Yanaşıb mehriban, gur çaya baxdım,Göz dikib bu taya, o taya baxdım,Dedim: “Müqəddəssən, ey əziz Vətən!”Bir dəstə quş keçdi göyün üzündən,Süzdü buludlarda durna qatarıGeniş çölə sarı, sahilə sarı.Onların uçuşu incə şeirdi;Şirin nəğmələri sanki deyirdi:
“Azadlıq! Dünyanın sərvəti sənsən,Xilqətin ən böyük neməti sənsən!”Dolandım çox yeri, hər yana baxdım,Torpağın ağası insana baxdım...
Qarlı Savalana nəzər salınca,Qəm kəsdi bağrımı, döndü qılınca.Özünə çəkdisə Maku şairi,Qayıtdı Bakıya Bakı şairi.Şubay buruqlara birbaş yönəldim,Geniş mədənlərin qoynuna gəldim.Dedim: “Buruqların sahibi hanı?”Göstərdilər Ağa Nemətullanı.Dedim: “Salam, usta! De görək nə var?”Dedi: “Hər günümdə bir qərinə var.Getdi hicran çağı, dustaqdadır qəm,İndi, bax, mən özüm qanunverənəm.İndi bir ağayam, mədən mənimdir,Bu ucsuz-bucaqsız Vətən mənimdir!”
Beləcə dinlədim dağda çobanı,Buruqda ustanı, bağda bağbanı,Bənnanı, aşığı, ulu rəhbəri,Süzdüm ehtişamla gələn səhəri.Dedim: “Nədir əziz bu torpaq kimi?”Əksi-səda duydun uca dağ kimi.“Azadlıq, səadət, hünər sənindirBu ucsuz-bucaqsız öz Vətənindir!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-terane
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bahar vaxtı yol başdadım Təbrizə,Günüm qaldı, ayım qaldı, il qaldı.
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas iləBu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
Bil səninGərdən mina, sürah boyun,Al Osmanda yoxdur tayın,
BaharGöy meşələr, çəmənlərÇuxasıdır baharın.