Neftin dastanı
Qara neftim, qara neftim,Sən bu yurdun cövhərisən!Əzəl başdan elləriminNur yağdıran səhərisən.
Sən torpağın qucağındaAlışanda məşəl kimi,Zərdüşt sevdi varlığınıBir müqəddəs əməl kimi.Uzaq, yaxın zəvvarlarınGəldi hər gün ziyarətəTanrı deyə başladılarOdlarına ibadətə.Tar gecələr şölə saçdın,Adın düşdü çox dastana.Qatar-qatar karvanlarlaGedib çıxdın Hindistana.Öz xoşuma mən vermədim,Qismət oldun bir vaxt yada.Zəncirləyib apardılar,Zorla səni ta Bağdada.Azərbaycan kəndlisininYanmamışdan çırağındaCahangirlər ehtirasdaQılınc vurdu sorağında.Mən bilirəm, o zamanlarYad evində sən yananda,Şölə çəkib piltələrinŞəfəq verib odlanandaBir sızıltı duyulurmuşÇırağında həzin-həzin;İnləyərək yanırsanmışHəsrətilə ölkəmizin.Qara neftim, qara neftim,Sən ki, mənim öz varımsan.Dünya bilir əzəl gündənİftixarım, vüqarımsan.Sən düşəndə məngənəyəMənim dərdim bir dağ olar,Sən keçəndə caynaqlaraAzərbaycan dustaq olar.Səndən ötrü döyüşlərdəKeçdi xeyli yaşım mənim,Gizlətmirəm, tez ağardıQoşqar kimi başım mənim.Mən namusla əmək çəkibAxıdanda alın təri,Əcəl çəkib sahiliməSürükləyir faşistləri.Yox, qoymaram bir də səniQəsbkarlar çəksin dara!Ölləm, inan, buraxmaramAparsınlar uzaqlara.Sən bu azad dünyamızdaÖz evimdə yanacaqsan!Nur göyərçin olub yenəEyvanıma qonacaqsan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-neftin-dastani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siz ey gözü həsrət çəkən ağ birçəkli analar!Dağıdılmış barlı bağlar, odu sönmüş xanalar!
Vur! Ölən faşistdir...Gözlərimin nuru, qoçaq döyüşçü!Vətənin qüruru, qoçaq döyüşçü!
Nataşanın ölümüMənim körpə Nataşam oynaq bir kəpənəkdi,Kəndlərində Nataşa gözəlliyində təkdi.
Toyumuzu elərikMənim cavan qəhrəmanım bir gənc qızı sevirdi,Göy ulduzu erkən sönür, yer ulduzu sevirdi.