Xaqani
Yaxın dostum kimi sevinc yanımda,Sakit oturmuşdum öz eyvanımdaNazlı bir qız kimi göylər qəşəngdi,Dilbər yanaqları xoş, lalərəngdi.Mən onun hüsnünü seyr edən zaman,Bir mehriban qoca, nurani insanGördüm, nəzakətlə evimə girdi,Mübarək qədəmi səfa gətirdi.Dedim: “Bağışlayın məni, kimsiniz?”Dedi: “Səhv etməsəm tanışıq ki, biz!Özün hörmət edib istedadımaƏsər yazmadınmı mənim adıma?”Dedim: “Xoş gəlmisən, əziz Xaqani,Nə şərəfli görüş, Nizami hanı?Buyurun oturun, haradan belə?”Gəldi şirinzəban o bülbül dilə,Söylədi: “Yaşımın bu ötkün çağıSındırdı qəlbimi İran torpağı;Dedilər: olsan da böyük sənətkarOdlar ölkəsinə təəllüqün var.Fəxri, şöhrətisən Azərbaycanın,Şirvan torpağının qanıdır qanın...Yetər ingilisə yerini tərk et!Sənə biganədir bizim məmləkət;Hörmət eləmədin bir şahənşaha,Məzarın döndüsə ziyarətgaha,Onu biz etmədik, təbrizli etdi.Gah aşikar etdi, gah gizli etdi...”Ağır bir ah çəkdi şair dərindən:“Adımı sildilər küçələrindən...”Deyincə, söylədim: “Qoy olsun, nə qəm,Sənin şöhrətinlə fəxr edir aləm.İndi ki, belədir, onda bəs niyəBakıda yer verək biz Firdovsiyə?”Dedi: “Onlar kimi etsən hərəkət,Səndən inciyəcək həqiqi sənət.Ömründə gülmədi Firdovsi bir an,O böyük şairə nə verdi İran?Şeir bağçasından çiçək dərdilər,O şərbət istədi, ağu verdilər!Əziz qonaq kimi saxla sən onu,Şeir dünyasının qadir oğlunu.Yaradan insana sən ehtiram et!Cahillər eləməz şairə hörmət”.Dedim ki: “Baş üstə, sən deyən olsun.Sözə qiymət verən bu vətən olsun.Odlar ölkəsində vardır qiymətin.Müqəddəs sayılır çoxdan türbətin.Bakıda ucalar məğrur abidən,Bu iftixar ilə ömür elə sən...”O mənə ürəkdən razılıq etdi,Vətən torpağını öpməyə getdi.Onun dalısınca baxdıqca baxdım,Fərəhimdən uçub göylərə qalxdım.Gördüm üfüqlərdə bir qartal süzür,O qanad çalmayır dalbadal, süzür...Bir bala şahin də vardı yanında,Şair bu səhnədən baxdım halıydı,Vətənin buludsuz asimanındaSüzən bəlkə onun öz xəyalıydı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-xaqani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzəmətli ağacdım, tufan kimi əsdilər,Bir gün məni kəsdilər.
Gül kimi bitməyirsənGözəl qız, nədən mənə etina etməyirsən,Neçin belə soyuqsan quzeydəki qar kimi?
O yanırdıŞair bahar çağındaQapadı gözlərini öz ana torpağında.
Quba yaylağıŞəhərin səs-küylü küçələrindənGəldinmi qoynuna yaşıl bağların?