Hər şey baqidir
Deyirlər: baqidir hər şey cahandan,Qayıdır aləmə dünyadan köçən.Buludlar ki, gəzir göy asimandaÇox onu görmüsən bir çay kimi sən.
Dəyişir hər zərrə öz surətini,Bu günkü bir tikan sabah lalədir.Dünyanın dansan da bu hikmətini,Bu gün yaxan alov, sabah jalədir.
Demək, xəzəl olsan bir yarpaq kimi,Dönərsən ağ daşa, gövhər olarsan.Sənin dayağın var bu torpaq kimi,Baharda bir şirin bəhər olarsan.
Gül kimi açarsan, qoparar əllərTaxar öz döşünə səni gözəllər.Nazənin qızları oxşarsan o dəm,Deməli, yaşarsan durduqca aləm!
Mən də köçsəm əgər bir səhər çağı,Yenə gəzəcəyəm ana torpağı.Verərəm bülbülə o gün yerimi,Nəğməsi eylərəm şeirlərimi.
Quşlar oxuyanda gül budağındaDinləyər insanlar öz otağında.Bu dünya durduqca, deməli, sağam,Mən yenə ömr edib yaşayacağam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-her-sey-baqidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirlər Şuşada bir vaxt yaşarmışAlapalaz oğlu – nadir oxuyan.
Heç səndən gözləməzdimTər çiçək bilib səni, bir yol baxmadım gülə,Dedim ki, mən səninlə çataram son mənzilə.
KörpüKörpü vardır ağacdan, körpü var daşdan olur,Körpü vardır mötəbər metallardan qurulur,
Tezmi gələrDayanmışam çəməndə, yolunu gözləyirəm.Sevdiyim qız görəsən tezmi gələr, deyirəm?
Стихи других поэтов · О природе
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Bir cənazə yol gedir...Baharı qoyub gəldimbir gün yol ayrıcında
Dəniz tamaşasıGünəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,