Şəhərin səs-küylü küçələrindənGəldinmi qoynuna yaşıl bağların?Zövq alıb ulduzlu gecələrindən,Duydunmu ətrini bu torpaqların?

Alma qızaranda qız yanağı təkƏyilən şaxlara vurdunmu paya?Burda könül verər sənə gül-çiçək,Bir dastan oxuyar hər daş, hər qaya.

Təmiz üfüqlərlə, şəfəqli göyləDinib danışmamaq mümkün olarmı?

Özün ədalətlə, insafla söyləQuba bağlarının oxşarı varmı?

Çeşmədən gələndə qızlar, gəlinlər,Yanından keçəndə başı aşağı,Onları süzdünmü hər axşam-səhər,Coşdumu qəlbində eşqin bulağı?

Üçgünə, Qəçrəşə heç getmisənmi?İçmisənmi sərin bulaqlarından?Qoşqarı, Kəpəzi seyr etmişsənmi?Xəbərin varmıdır yurdun varından?

Təndir içindəki təzə gilnədənGötürüb isti qax yemisənmi heç?Gözəl təbiətə vurularaq sən;“Əhsən bu yerlərə!” demisənmi heç?

Quşlar oxuyanda irəmələrdəSeyrə dalmısanmı saf təbiəti?Qəlbə fərəh verir, dostum, bu yerdəİnsan məhəbbəti, insan zəhməti.

Qulaq asmısanmı, bağban riqqətləDeyəndə, mal yeyib cavan şaxları?Görmüsənmi süzür necə heyrətləGələn qonaqları, kənd uşaqları?

İncə nəğmə deyir axar bulaqlar,Dinib söhbət açır el şöhrətindən.Aşıq Ələsgərin sevdiyi dağlarNişanədir xalqın əzəmətindən.

Demə valeh olub, qapıldım hissə,Söylə, bu yerlərə bənzər yer hanı?Qubanı, Göy gölü görməmisənsə,Demə ki, görmüşəm Azərbaycanı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине