Onunla görüşdüm, hundür, zəhimli,İti baxışları mehriban, ötkəm.İncə təbəssümü solğun, çəkimli,Tunc ay sifətində mərdanə görkəm.

– Səni tanıyıram-dedi – yaxşı mən,Sən Azər Azərsən, bu xalqın oğlu,Sənətlə, şeirlə, ürəklə bənd-bənd,Bu yerə, bu xalqa, bu yurda bağlı.

Sənə hamıdan çox inanıram mən,Sən alver etmirsən sözünlə, şair.Yaz, göstər bu xalqı çox-çox qədimdən,İlhamla, biliklə, dözümlə şair.

Mən öz Vətənimə bir də dönmüşəm,Xalq özü çağırıb səsləyib məni.Bu xalqdır, tanrıdır, bir də ki, bəşər,Bu üçlük ölümdən gözləyib məni.

Mən təzə dünyaya bir də gəlmişəm,Səninlə yaşıdam, çağdaşam şair.Bunu Tanrı bilir, bir də ki, bəşər,Tanrıyla qohumam, qardaşam, şair.

Bizi gizlədiblər çox-çox yazanlar,Hərə öz xalqını yazıb qabardıb.Doğruya oxşayan doğru yalanlarBizdən də bir tarix, bir ad qopardıb.

Bu işdə sənə çox inanıram mən,Sən alver etmədin sözünlə, şair.Yaz, göstər bu xalqı çox-çox qədimdən,İlhamla, biliklə, dözümlə, şair.

Mən dedim.-Sən xalqın ağsaqqalısan.Rəhbər işləsən də, işləməsən də.Səndən haqq diləyir, ey böyük insan,Allahdan, özündən, xalqdan küsən də.

Haqqın yolu ulu, yolu ağırdır,Haqq dedin, bu millət haqqa qovuşdu.Milləti yaşadan gücdür, ağıldır,Sənin bayrağından millət yapışdı

Bu gun də haqq deyib çarpışmaqdasan,Haqdır istiqlalın bu ağır yoluTanrı vergisidir, ey böyük insan,Qırışmaz alnınla, yenilməz qolun.

Hörümçək bürüyüb üç yandan bizi,Məkr, yalan, tamah da dolaşıb ona.Səni göndəribdir Tanrımız özü,Yeni can verəsən Azərbaycana.

Sizin tapşırıqdan sevinirəm mən,Azərbayçan xalqı ən qədim xalqdır.Bu haqlı sözlərin tutar əlimdən,Xalqın da, özün də, sözün də haqdır.

Dəyişir dünyanın hökmüylə zaman,Dəyişir dünyanın köhnə gedişi,Rəhbərim, nə yaxşı sən tapşırırsanMənə bu müqəddəs, bu ağır işi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви