Yola düşdü Əkbitinə gecə ikən,
Ağır işə getmə iki ürəkli.
Üç gün çapdı dördtəkərli, beşatlı,
Ağır işə getmə iki ürəkli.
Onu qoyub Əkbətinə, getdilər,
Daryaşlılar qaçıb gözdən itdilər,
Gizli gəlib gizli yoldan ötdülər,
Ağır işə getmə iki ürəkli.

Biri gəldi, yaxınlaşdı Besyara,
Dedi: – Bacı, bura hara, sən hara,
Burda qaşov çəkir beş yüz yaraqlı,
Başçıların mindikləri atlara,
Ağır işə getmə iki ürəkli.

Buralara atlı gəlir hərdən bir,
Sən kiminin yeri bura deyildir,
Kimliyini nə aç, nə de, nə bildir,
Ağır işə getmə iki ürəkli.

Besyar dedi: – Kim deyiləm, kimsəsiz,
Biz yaxınıq lap yaxınıq doğma biz,
Tunq Ər Alpan qaynatamdır bir ildir,
Ağır işə getmə iki ürəkli.

Çatan kimi bu söz böyük Tunq Ərə,
Tunq Ər özü gəlib çıxdı bu yerə,
Dedi: – Kimsən qızım, yolçu günündə,
Dedi, soyun, kökün çatır kimlərə.
Ağır işə getmə iki ürəkli.

Tunqu görüb Besyar birdən bayıldı,
Bir gün sonra o Başevdə ayıldı,
Dedikləri hər bir yerə yayıldı,
Baş- başının o, gəlini sayıldı,
Ağır işə getmə iki ürəkli.

Tunq Ər Alpan çətin işə qalmışdı,
Çox yaxınlar gəlib bura dolmuşdu,

Hamı sanki gözlə qulaq olmuşdu,
Ağır işə getmə iki ürəkli.
Bu qayğını görüb Besyar ağladı,
Göz yaşını güclə güclə saxladı,
Dedi:- gəldim, sizi bir də yoxladım,
Mən bir daha sizə könül bağladım,
Ağır işə getmə iki ürəkli.

Qoy deyim mən kimliyimi bu başdan,
Mən gəldim ki, sizə deyim yavaşdan,
Mən boyluyam Alandan yox, Daryaşdan,
Atam anam ölüb gedib savaşda,
Mən kimsəsiz bir qadınam bu yaşda,
Ağır işə getmə iki ürəkli.

Göndəriblər bura məni bicliyə,
Ara vurum, mən son qoyum dincliyə,
Öc öyrədim yeniyetmə gəncliyə,
Mindiyarı yola salım heçliyə,
Ağır işə getmə iki ürəkli.

Besyar bir bir olanları danışdı,
Səs-küy qalxdı, bir- birinə qarışdı,
Hərə ondan bir yenilik soruşdu,
Biri küsdü, çoxu onla barışdı,
Ağır işə getmə iki ürəkli.

Tunq Ər dedi:- qızım yoxdur, qızım ol,
Sən bu gündən Daryaşin yox, bizim ol,
Dirriyinə ana, yiyə özün ol
Ağır işə getmə iki ürəkli.

Sevincindən Besyar özün itirdi,
Ağlar –ağlar tez- tez kökus ötürdü,
Dedi, “İşi mən yerinə yetirdim,
Ağır işə getmə iki ürəkli.


Ancaq onu istəməz də var idi,
Heç bir işdə hamı səs-bir olanmaz.
Ağız əyib, deyinirdi neçəsi,
Heç bir işdə hamı səs-bir olanmaz.
Dilləşirdi burda zənginsayaqlar,
Baxıb, susub gözləyirdi qonaqlar,
Udqunurdu tez- tez iri qırtlaqlar,
Dinməyirdi hələ beli qatdaqlar,

Palazlar da qaynaşırdı boyaqlar,
Çiçək dolu qızıl, gümüş bardaqlar,
Yanmaqdaydı orda-burda ocaqlar,
Heç bir işdə hamı səs- bir olanmaz.

Tunq Ər dedi: – Dib daşımız barışdır,
Baş yolumuz yürüş deyil, duruşdur,
Ilk andımız qan qadadan qaçışdır,
Heç bir işdə hamı səs bir olanmaz.

Dedi: – Baxın, Parsdiyar da ucalıb,
Ancaq bizdən baş- başısı öc alır,
Dedikləri iki üzlü, haçalı,
Yoxdur onun barışıqa maçalı,
Heç bir işdə hamı səs- bir olanmaz.

Dalğalansın Mindiyarın bayrağı,
Gəlsin onun Buzboğazdan sorağı,
Boldur atı, yemi, yunü, yarağı,
Qarayağı, durudaşı yaylağı,
Gönü, dəni, tikmə-tikmə bel bağı,
Bol çörəyi, əti, otu, otlağı,
Heç bir işdə hamı səs bir olanmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов