Azərbaycan
Bu gün sən yenidən yeniləşirsən,Çarpışma içində, təlaş içində.Bu gün öz-özünlə eyniləşirsən,Min-min yad içində, qardaş içində.
Başının üstündən dəhşətlər ötür,Onlar səndən keçib aman istəyir.Böyük keçmişindən sən ibrət götür,Yaşamaq, ucalmaq qurban istəyir.
Hamı öz çölünü sahmana salır,Biz öz içimizlə çarpışmaqdayıq.Öz doğmalarımız bir yanda qalıb,Özgə ətəyindən yapışmaqdayıq.
Allahlar nə cəza bizə buyurub,Birləşmək istərkən ayrılırıq biz.Doğmanı doğmadan alıb, ayırıbAyrılıq içində qovruluruq biz.
Söz olar, səhv olar ömür yolunda,Onu eşələyib övkələməzlər.Başının üstünü bulud alandaVətəni, milləti ləkələməzlər.
– Biz millət dünyaya haqdan gəlmişik,Özü arxa olan xalqa nə arxa.Biz ki, özümüzü haqlı bilmişikDaha həqiqətə, haqqa nə arxa.
Hər yerdə qolları güclüdür haqqın,Yönəldir bir səmtə solu, sağı da.Böyük istəyinə çatmayan xalqınYatmağı da dəhşət, ayılmağı da.
Siyasət heç zaman bir vamda qalmır,Siyasət yerinə yalan demişik.Deyirlər azadlıq qurbansız olmur,Qurbana biz neçə qurban demişik.
Mənim respublikam, mənim millətim,Başa vur uğurla bu təzə yolu,Azadlıq, ucalıq sənin ən qədim,Milli başbiletin, qeyrətin olub.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-azerbaycan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Harda ağlar göz görünsə de mənə,Dəmir caynaq, yelkən qanad qızıl quş.
Turqun and söylənciNiyə belə acıqlısan, gülərsən,Tanrı böyük dayanışdır, yaranış.
Birinci qardaş söylənciOğulların bir-bir adın çəkərək,Ağı deyib ağlayırdı Elçiçək,
İkinci qardaş söylənciTunqər Alpan Eldəbiri soruşdu,Hər uğuru dəyərləndir, bacarsan.
Стихи других поэтов · О божественной любви
Mən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdirGəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.