Harda ağlar göz görünsə de mənə,Dəmir caynaq, yelkən qanad qızıl quş.Gedək silək dolub yağan gözləri,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Gərək yerdən köçüb gedə yazıqlıq,Ac gözlüklə gedə gözü qıpıqlıq,Ürəklərdə kök salmaya sınıqlıq,Gərək arta yaxşılıqla, ayıqlıq,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Gərək yerdə qırğın, qan, öc olmaya,Gücsüzləri qatlayan güc olmaya,Əltut ola, o da çox borc olmaya,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Sən görürsən göydən bütün bunları,Yerli, yersiz axıdılan qanları,Mənə göstər yanda qalan yanları,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Səndən qanad, məndən ayaq, uç gedək,Meşələri düzənləri biz ötək,Qan-qan deyən güclüləri biz didək,El içində həm görünək, həm itək,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Qızıl quşa sanki yeni güc gəldi,O üç kərə doğuyana dikəldi,Birdən üçdü, buludlara yüksəldi,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Sanki bunu gözləyirdi Şimşəkat,Oda qalxdı ucalara neçə qat,Turq baş vurdu dumanlığa bathabat,Dedi: – Tanrım bizə yenə əl uzat,Mən də olum Qartal kimi cüt qanad,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Yeri göyə, göyü yerə qatdılar,Meşələrdə üç yol itib batdılar,Sonra gəlib bir Başevə çatdılar,Yığışılıb bir bucaqda otdular,Dəmir caynaq, yelkən qanad qızıl quş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов