Niyə belə acıqlısan, gülərsən,
Tanrı böyük dayanışdır, yaranış.
Öc alırsan, sonra sevinc verirsən,
Tanrı böyük dayanışdır, yaranış.

Tanrı sizi yekə ağız yaratdı,
Onda niyə gözünüzü daraltdı,
Günü verdi, gecənizi qaraltdı,
Tanrı böyük dayanışdır, yaranış.

Niyə biri yoxsul oldu, şirşindir,
Niyə biri zəngin oldu, mində bir,
Ortaqlar da yazıq orta gündədir,
Tanrı böyük dayanışdır, yaranış.

Niyə qoyub adamları üz-üzə,
Hər bir yanda dirənmişdir göz-gözə,
Yeri burub bənzətmişdir ilbizə,
Tanrı böyük dayanmışdır, yaranış.

Şahlıq nədir, dilənçilik nə demək,
Biri çinar, o birisi göbələk,
Öz yoluna qoysun bunu şah gərək,
Tanrı böyük dayanışdır, yaranış.

Bir boyada olsa dirrik, nə olar,
Onda dilli, dilsiz qoşa balalar,
Onda adam göyərdəcək tarlalar,
Tanrı böyük dayanışdır, yaranış.

Tanrı, sənin sözün nədir bu işə,
Hamı gəlib dayanışda döş-döşə,
Gedir dirrik oyanışa, dönüşə,
Tanrı böyük dayanışdır, yaranış.


Gələcəyi Turq bu sayaq görürdü,
Gələcəyi yaxşı görən tanrıdır.
Tunqər isə başqa yolu seçmişdi,
Gələcəyi yaxşı görən tanrıdır.

Düşünürdü, «Mısıreli alaram,
Elçiçəklə orda yer-yurd salaram,
Çatanıma bir az yaxın olaram,
Gələcəyi yaxşı görən tanrıdır.

Alan mənim, Təbət mənim, Çin mənim,
Həbəş mənim, Asur mənim, Hind mənim,
Dolanışda əzəl mənim, son mənim,
Gələcəyi yaxşı görən tanrıdır.

Öyüd ollam Parsdiyara son kərə,
Altyer, Üstyer ayrı olmaz bir belə,
Mən olaram başçı bütün ellərə,
Başlar başı, şahlar şahı, hər yerə,
Gələcəyi yaxşı görən tanrıdır.

Yarıtanrı ollam bu yer üzündə,
Böyük qurqu yaradaram özümdən,
Ölməzliyə mən çataram azından,
Gələcəyi yaxşı görən tanrıdır.

Mən Alpisə son qoyaram, basaraq,
Yığışılar döyüş, vuruş bu sayaq,
Çovğun, qıtlıq, ölüm adlı yatalaq,
Gələcəyi yaxşı görən tanrıdır.


Elçiçək də düşünürdü: « Şah ollam,
Şahın gəzib dolanmaqdır çox işi.
Gedib tez-tez uşaqları görərəm,
Şahın gəzib dolanmaqdır, çox işi.

Uğurelin döşənəyi, palazı,
Xalçasının qırağında qotazı,
Üzərində gölü, çayı, axmazı,
Sularının ən dərini, dayazı,
Döşənəyin çiçəklisi, sayası,
Şahın gəzib dolanmaqdır, çox işi.

Tanrı mənə bir də bir qız verəydi,
Oğulların şahlığını görəydim,
Qarıyaydım, sonevimə girəydim,
Şahın gəzib dolanmaqdır, çox işi.

Xalçaların dəyərləri yuxarı,
Burda güllər nə solur nə ağarır,
Onu Çinə, Hində, Misrə çıxarım,
Şahın gəzib dolanmaqdır, çox işi.

Düşünürdü, düşünürdü Elçiçək,
Yanaqları yetişməmiş çiyələk,
Solğun güldür, yüngüllükdə kəpənək,
Diləkləri uçar quşdur, ağ lələk,
Şahın gəzib dolanmaqdır, çox işi.

Tanrı baxıb yuxarıdan gülürdü,
Kimin necə olacağın bilirdi,
Hamı gəlib yaşayırdı, ölürdü,
Şahın gəzib dolanmaqdır, çox işi.


Tanrı isə dodaq dəyməz deyirdi:
«Hamı gedir, qalır təkcə dolanış.
Dolanışı siz üzü ağ yaşayın,
Hamı gedir, qalır təkcə dolanış.

Sizdən sonra çox oğullar gələcək,
Onlar sizdən daha artıq biləcək,
Sonra hamı, hamı tək-tək öləcək,
Hamı gedir, qalır təkcə dolanış.
Sizdən sonra Sərtüz bir də gələcək,
İnancları birləşdirə biləcək,
Suböləndə doğulacaq, öləcək,
Dolanışı iki yerə böləcək,
Hamı gedir, qalır təkcə dolanış.

Sizdən sonra gələcəkdir İskəndər,
Olacaqdır böyük Dara dərbədər,
Alpis susub yaşayacaq bir təhər,
Böyüyəcək kiçik kəndlər, şəhərlər,
Hamı gedir, qalır təkcə dolanış.

O Mineli Atrapatan edəcək,
Parsdiyarın Alpisliyi bitəcək,
Yüz illiklər, minilliklər ötəcək,
Inam getsə tanrılar da gedəcək,
Sevgi itsə onda bəşər itəcək,
Hər şey ölüb sonluğuna yetəcək,
Sonra hər şey yeni üzdə bitəcək,
Hamı gedir, qalır təkcə dolanış.

Yerdə təkcə Turan, İran qalacaq,
Ikisi də doğma qardaş olacaq,
Hormuz yenə böyük tanrı olacaq,
Hamı gedir, qalır təkcə dolanış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви

Amandı dur məzardan

Beş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən məlahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişti-cavidan verə. Nəinki eylə iş görə--ilan vura, çayan vura, mələk ona əzab edə və ətlərin kəbab edə, cəhənnəmin hərarətli, belə müqərrər eyləyib xuda, həmişətar ola gecə, çü zülfi yar ola gecə, günüz yana çiraqi mehr, işıq sala vilayətə, ziraətə, sən istisən günüz kimi ola ləyal qasiqə, əmoğlu sən nəkarəsən, məgər rəqabət eylisən, belə ibadət eylisən xudayi-girdigarə sən, şərikisən bu xaliqə, xudayi-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sındırın, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tümən olur onun xəsarəti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavanların, o ruzinaməxanların şərarəti Qutamədən, olar bətərdi kəbrdən, əşəddidür həcirdən, əya güruhi-gülbədən, həzir edən cəridədən, salar sizi zəlalətə. Üzütəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlə mətləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, əya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, məshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfü həşəti, fəsahəti, bəlaqəti. Deyəndə bu sözü ona, deyir: Bəli, səhihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzziban, böyür çün o kiçik bala, olur Tükəzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvəlləzi. Çaxır səpəllə üstümə, saman təpəllə nustuma, xuda nəkərdə, gər deyəm: Nəçün bu düxtəri-əcəm, xudayi-beytü vəlhərəm, həlal edib həcaməti, həram edib kitabəti? Deyin cənabi Möcüzə: əya qəribi-elmü fən, qolun-qıçın uzatmısan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çıx ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbəddilatə bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sən hələ. Baxır sənə, gülür cahan, fələk, mələk, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərü uzaridən xəlü bu cəhlü qəfləti….

Мирза Али Моджуз6 мин
Əcəb bilsəm bəni şeyda qılan kim

Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?

Иззеддин Гасаноглы1 мин
گذشت عهد نبوت و رسید دور ولایت

نماند حاجت امت بمعجزات و بآیت

Шамс МагрибиГазель 401 мин
Elm tərifində deyilibdir

MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,

Мамед Эмин Расулзаде1 мин