Şahlıq, sərkərdəlik qalıb arxada,Dünyanı hərlədən güc yox, beyindir.Bəşər haradaydı, indi harada,Güc indi fikirdə zərgərliyindir.

Bəşər yol tapsa da aya, ulduza,Yenə qalıb yerdə torpaq davası.Azlıqdan çoxluğa, çoxluqdan azaDəyişib büsbütün yerin havası.

Bir ildir Günəşin yerdə bir anı,Süd yolu Günəşdən milyard il qədim.Bunların gücüylə Dünya fırlanır,Belə fırlanışı dəyişmək çətin.

Yerin çəkisi də yerində vardır,Bu çəki nə itir, nə də ki, artır.Yaradan Dünyanı elə yaradıb,Bir yandan doğulur, bir yandan qartır.

Nəsillər dəyişir biri-birini,Dünya da dəyişir nəsilbənəsil.Dəyişir Günəş də, Ay da yerini,Dəyişməz vardırsa demək sağ deyil.

Yerlə bir hərlənir, dolanır bəşər,Sürətlə tərpəniş bunca ölməzdir.Sürət sabahına yollanır bəşər,Sabahkı sürətsə ağlagəlməzdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов