Quşlar, köçəri quşlar!Niyə tərk edirsinizBizim bu yeri, quşlar?!Qalxaraq asimana,Uçursunuz hayana?

Quşlar, köçəri quşlar,Şimalda yağırsa qar,Cənubumuz ilıqdır.Bəs, bu nə ayrılıqdır?Qoynu istidir yerin,Tək eşqilə göylərinMurada yetməyiniz.Təkcə göyün qoynundaHəvəslə ötməyiniz.İnsanlar yeri sevir,Bəzək olub torpağa,Geniş göyləri sevir.Siz dəxi onlar kimi,Təmiz insanlar kimiSevin bir yeri, quşlar!Yurdsuz, köçəri quşlar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви