Ayağım deyil
Nəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.Başım daşdan-daşa dəyibdir artıq,Sevgilim, bu çağım o çağım deyil.
Adınla bəzənib ömür kitabım,Hicrinə dözməyə qalmayıb tabım.Böhtana, yalana bağlıdır qapım,Ürəyi qurdlular qonağım deyil.
Yalnız ayrılıqdır qapımı döyən,Sənsiz nəyə gərək bu bağ, bu çəmən.Sənə pıçıltıyla nəğmələr deyənBu sevən könlümdür, dodağım deyil.
Yaxşı bilirsən ki, sevirəm səni,Qaldır pəncərəni örtən pərdəni,Qapına görüşə gətirən məniSevən ürəyimdir, ayağım deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-ayagim-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İlk bahar bülbülünün dərdinə dərman Qubadır,Ətri xoş hər çiçəyi, hər gülü xəndan Qubadır.
Sənin nəfəsinSənin sevgilin olmaq deyil asan, sevgilim,Ömrümün dörd fəslinin baharısan, sevgilim.
Mənim deyil, sənindirEşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!
Səni görməsəydimYəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.
Стихи других поэтов · О любви
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.