Viran qaldı otağı
Qız oğlana söylədi:“Sənə gələrəm, əgərSalsan öz əllərinlə mənə portağal bağı”.Oğlan dedi:“Baş üstə” Əhd-peyman etdilər.
DediƏsgərBilmədi öz işini yaxşı görüb hiylə, şər.Söylədi:– Yadlar səhər bağıma uğradılar.Körpə ağaclarımı sındırıb, doğradılar.– Yalan, ilqarın hanı?– Mən yalançı deyiləm!– Qırdın əhd-peymanı!– Yox, əsla, yox, gəlmələr,– Kimə gərək saxtalıq, hədərdir bu kəlmələr.– Xainsən, yetirmədin əhdimizi yerinə,Görünmə Ayişənin bir daha gözlərinə.Vicdan sevgi düşməni deyib çıxıb getdi qız,Göz yaşları içində Əsgəri tərk etdi qız...
Oğlan donub yerində sal bir daş kimi qaldı.Gün batdı, qaş qaraldı.Yad əllərilə oldu sevgi bağçası viran,Taxta çıxdı rəzalət, yenə oldu hökmran...Bir səs gəldi elə bil: “Dur haqqını tələb et!”Hərəkət etdi Əsgər, üz tutub uzaqlara.Ağır-ağır gedərkən oğlanı uddu zülmət.Bilən tapılmadı heç yönəldi Əsgər hara!O getdi, arxasında viranə bağı qaldı,İçində yellər əsən tənha otağı qaldı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-viran-qaldi-otagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qara neftim, qara neftim,Sən bu yurdun cövhərisən!
Sevgilinin arzusuDünən çıxdıq dağ döşünə qol-qola,Saldım səni cəbhələrə mən yola.
Mənə deyirlər kiMənə deyirlər ki, Rahim, dilə gəl!Şairsən şeir yaz təzə ilə, gəl.
İkiqat cinayətEldən gələn kağızlar cəbhəyə bir dayaqdır,Könül açan sözləri əsgər üçün yaraqdır.
Стихи других поэтов
Laf eyləmə felli dərviş,Belə kar eyləmək olmaz.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Qəzəl: Əhvali-eşqi-aşiq şərh ü bəyanə sığmazƏhvali-eşqi-aşiq şərh ü bəyanə sığmaz,Övsafi-hüsni-dilbər yüz gülüstanə sığmaz
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram