Dolu düşməsin bağa
Yenə çaxır ildırım, yenə yağış tökülür,Elə bil ki, asiman parçalanıb, tökülür.Dayanıb çardaq altda baxır bayaqdan bəri,Maraqla gənc aqronom, seyr eləyir göyləri.Yağış yağır şırhaşır, tökülür çəmənlərə,Torpaq içir doymayır, içir düzən, dağ, dərə.Nəzər salıb aqronom, seyr edir buludları,Deyir süzülən yağış yenə öz əllərilə,Görünməz əlləriləYuyur yaşıl otlarıSüzülür şaftalıdan, alma, nar ağacındanQara gözlü qızların axıb şəvə saçından,Yanaqlarından öpür,Oxşayıb üzlərini, dodaqlarından öpür.Aləmi var baharın, payızın, sərt qışın da,Dili vardır küləyin, yağan hər yağışın da.Qulaq assan dərindən bilərsən ki, nə deyir.Quş kimi nəğmə deyir,Ötür bayaqdan bəri.Qovuşur bir-birinə bulanıq dağ selləri.Sonra yağış dayanır, kəsilir, verir ara,Bir qədər keçməyir ki, yenə çaxır ildırım.Əks eləyir dağlara.Göylərin üzərində açır işıqdan şırım,Elə bil vuruşmadır, yüz yerdən top atılır.Aqronomun qaşları qəzəbindən çatılır.Göy gurlayır, gurlayırBircə anın içində sükutu oğurlayır.Aqronomun bu zaman dolu düşür yanına,Qəm çökür könül adlı işıqlı eyvanına,Deyir ki, sən ey dolu,İstəyirsən kəsilsin bu il meyvənin yolu.Ay paxıl, mərdimazar, ziyanəvərlik etmə.Atını çox səyirtmə.Zəng çalır gecikmədən ki, məntəqə top atsın,Sarsıdaraq sıxlaşan buludları dağıtsın.Sərhəd keçən ordutək qaçıb getsin uzağaDolu düşməsin bağa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-dolu-dusmesin-baga
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dayanmışam çəməndə, yolunu gözləyirəm.Sevdiyim qız görəsən tezmi gələr, deyirəm?
GünahkaramQəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə,Səsin qulaqlarıma bir saat gəlməyəndə.
Azarla söhbətProfessor İ.M.Orucova ithaf edirəmGündə bir xəstəlik kəsir yolumu,
Mən səni axtarıramMən səni axtarıram, gözlərim çəməndədir.Mən səni axtarıram, çünki bahar səndədir.