Qocalıq qansız olur
Bax, o gözündə çeşmək, əlində qalın əsa,Beli bir qədər bükük,İllərin ağırlığı çiyinlərində bir yük,Asta-asta harasaGedən möhtərəm qoca,Sükuta həmdəm qocaBir zamanlar alışdı mehrabında sənətin,Şərəfli bir yolçusu oldu əbədiyyətin.Ağızlarda dolaşdı, gəzdi şanı, şöhrəti,El içində çoxaldı günü-gündən hörməti.Sənətin aşiqləri üstünə ətək-ətəkSəpdi əlvan gül-çiçək.Bəs nə üçün indi o, hər şeyə biganədir?Bunun illəti nədir?Nə vaxtdır gözlərində hər şey donub buz olub,Elə bil ki, əzəldən dünya uğursuz olub.Almış onu qoynuna biganəlik dünyası,Gözlərində qalmayıb şan-şöhrətin mənası.Yollanır ağır-ağır,Dərdi-səri yoxsa da gözlərindən qəm yağır.Gedir, elə bil deyir qocalıq qansız olur,O çox amansız olur, o, çox amansız olur...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-qocaliq-qansiz-olur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Deyirlər: baqidir hər şey cahandan,Qayıdır aləmə dünyadan köçən.
Pərvanə və şamBizim qoca dünyanı dolaşır bu əfsanə;Şam gözəldən gözəl qız, oğlan imiş pərvanə.
MənimdirMənimdir bu qızıl sünbüllü düzlər,Mənimdir bulaqlar, göllər, dənizlər.
Arazın şikayətiArazla bu səhər gəldim üz-üzəAxıb gedən zaman yaşıl bir düzə.
Стихи других поэтов · О природе
Qar gedər, yer açılar,Göydən yağış saçılar,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Мантик аль-ушшак, глава 54به گل گفتند: بلبل بس حقیرستترا با او چرا این دارو گیرست؟
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.